Şri-Lanka Hərbi Dəniz Qüvvələri Hind okeanında “Integrity Star” adlı yük gəmisində batmaq təhlükəsi ilə üzləşən Azərbaycan dənizçilərini xilas edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən altı gün əvvəl mühərrikdə nasazlıq yaranıb və gəmi Şri-Lanka sahillərinə doğru istiqamət götürüb. Vəziyyəti getdikcə pisləşən gəmi yan tərəfə əyilib və batmağa başlayıb. Bundan sonra kapitan heyətə gəmini tərk etməyi əmr edib.
Batmaqda olan gəmiyə Şri-Lanka Hərbi Dəniz Qüvvələri köməyə gəlib və14 nəfər xilas edilib. Xilas edilənlər arasında Türkiyə, Hindistan və Azərbaycan vətəndaşları olub.
“Maritime Optima portalına görə, “MV Integrity Star” Vyetnamın Ho Şi Min şəhərindən yola çıxıb, Şri-Lankanın Galle limanına daxil olub və daha sonra dənizə çıxaraq mühərrik nasazlığı ilə üzləşib.
Türkiyə mənbələrinə görə, Oğuz Əli Yılmazın kapitanlığında olan gəmi “MCE Cargo” şirkətinə məxsusdur.
Cavid,
BakuPost