Ru
12:36 / 15 Sentyabr 2021

Azərbaycanlı jurnalist uşaqları ilə birgə Almaniyadan deportasiya olundu

Azərbaycanlı jurnalist uşaqları ilə birgə Almaniyadan deportasiya olundu
Eye

Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polislər onu hava limanına aparıb və bir qrup azərbaycanlı ilə bərabər ötən gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər.

Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız Atletlər kəndinə aparılıb. Atletlər kəndindən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız COVID-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri "Yeni Müsavat" qəzeti olub.

Şərhlər
  • VAQIF VALIYEV

    yeqin men bele basha dushdum qara qizlara ilişkili teklif olunur o keslerde ki bunu hemen redd ediyoronlar anında sınırdışı

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar