Ru
00:19 / 19 May 2026

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Azərbaycanlı yazıçı Bakıdan deport olundu
Eye

Güney azərbaycanlı yazıçı, Azərbaycan Respublikasında da yaxşı tanınan Əli Çağla Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və İrana deport olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Əli Çağla özü məlumat yayıb.

O bildirib ki, bu gün Tehrandan saat 11:00 reysi ilə Bakıya uçub. Yalnız Bakıya enəndə yadına düşüb ki, yeni qaydalara əsasən, aeroportda viza almaq proseduru ləğv edilib:

“İndi vizalar elektron şəkildə 3-5 gün öncədən alınır. Bakıya - Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdığımda Sərhəd Xidmətinin əməkdaşları vizanın olmadığını bildirib, məni deportasiya sənədi ilə Tehrana geri qaytardılar”.

Əli Çağla qeyd edib ki, Bakıya VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunub və festivala görə də Bakıya gəlirmiş.

Qeyd edək ki, Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 22-26 may tarixlərində keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar