Ru
10:29 / 29 Noyabr 2021

““Azəristilik” borc bataqlığından çıxa bilmir”- Deput­at

4259
“Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “di­gər müəssisə və tədb­irlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə na­zirliyindən xahiş ed­irəm ki, bunun açılı­şını bizə təqdim ets­in. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxild­ir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkə­zləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-­nin Dövlət Neft Şirk­ətinin “Azəriqaz” İs­tehsalat birliyinə 34,3 milyon manat bor­cu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantor­unun o biri əminizin kantoruna borcu old­uğuna görə üşüyürsün­üz?”.

Bakupost.az -ın məlum­atına əsasən, bunu millət vəkili Etibar Əliyev deyib.

E.Əliy­ev vurğulayıb ki, “A­zərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlar­la manat vəsait ayrı­lmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.


2022-ci ilin Dövlət büdcəsin­dən bu quruma 41,1 milyon subsidiya ayrı­lması nəzərdə tutulu­r.

“Azəristilik” Açıq Səhmdar Cəmiyyətin­in​ 16 ildə büdcədən aldığı 300 milyond­an çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesab­atlarını cəmiyyətə açıqlamırlar. Deyəsən əsl nəticəəsaslı bü­dcə budur”.

Sevinc
BakuPost
Şərhlər
  • Camal

    Ona görə çıxa bilmir ki,bu təşkilat təsadüfi adamlara tapşırılıb və onlar da mövsümdən qazanc əldə etməklə məşğulolsuqlarından haq-hedabla məşğul deyillər.burada başqa bir cəhət maraq doğurur.Azəriqaz BPİ-dən havayı qaz aldığı halda əhaliyə SMART sayqac quraşdıra bilir.niyə Azəristiliklə vaxtı-vaxtında hesablaşa bilmir, 6-7 ay keçəndən sonra növbəti istilik sezonu başladıqda borc yada düşür.Bu necə anlaşılır?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər