Ru
15:44 / 09 Fevral 2023

AZƏRTAC-ın işdən çıxarılan əməkdaşı: "Özümə qəsd edəcəyəm" - FOTO

32579
Bir müddət əvvəl AZƏRTAC-ın keçmiş rəhbəri Aslan Aslanov tərəfindən işdən çıxarılan jurnalist Aygün Əliyeva hüquqlarını məhkəmə müstəvisində bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.

Bakupost.az -a açıqlama verən jurnalist bildirib ki, Ali Məhkəmə onun leyhinə olan qərarı ləğv edib və işi Apellyasiya Məhkəməsinə göndərib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 19.10.2022-ci ildə çıxardığı qərara əsasən onun işdən çıxarılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpası və dəymiş ziyanın ödəilməsi ilə bağlı qərar qəbul edilib. Aslan Aslanov işdən çıxarılmazdan bir gün əvvəl bu qərardan şikayət Ali Məhkəməyə müraciət edib:


“Məndə olan məlumata görə, Ali Məhkəmə Aslan Aslanovun iddiasını rədd edib. Amma sonrada məhkəmənin sədri Ramiz Rzayevə zəng olub, o da qərarı dəyişib”.


Aygün Əliyeva "AZƏRTAC"ın yeni rəhbəri Vüqar Əliyevin də onun hüquqlarını bərpa etmədiyini, təzminat ödəməkdən imtina etdiyini bildirib. Hüquqlarının kobud şəkildə pozulduğunu bildirən jurnalist onu intihar həddinə çatdırdıqlarını bildirib.


Qeyd edək ki, Aygün Əliyeva intihara edəcəyi barədə məlumatı Feysbuk sosial şəbəkəsindəki hesabında da post paylaşıb.


Həmin postu təqdim edirik:

Bu, sonuncu postumdur. Bu gecə mənimçün hər şey bitəcək. Amma əvvəlcə deyəcəm. Üstəgəl bu, cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciətimdir. Bir də belə haqsızlıqlar yaşanmasın deyə.
Mən iki ildən çoxdur Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC və onun keçmiş rəhbəri Aslan Aslanovla hüquq çərçivəsində mübarizə aparırırdım.

Ötən il Ali Məhkəmədə olan işim heç gözləmədiyim halda heç bir təzyiqə baxmadan əleyhimdə olan qərarları ləğv edib işi Apelyasiya Məhkəməsinə göndərmişdi və biz işi Apelyasiya Məhkəməsində udduq.

Qalibiyyətimizdən az sonra cənab Prezident İlham Əliyev Aslan Aslanovu işdən azad etdi və onun mənə etdiyi şəxsi haqsızlıq daxil bütün paxırlarının üstü açıldı. Aslanov və oğlu Tural Aslanovun məndən aylıq “dolya” istəmələri, sonra Prezident Administrasiyasının adı ilə hədələməsini də bu qanunsuzluqların üstünə əlavə etmək olardı.

AZƏRTAC-a yeni rəhbərlik gəldi. Mənim də yaxşı tanıdığım Vüqar Əliyev. Az sonra məlum oldu ki, Aslan Aslanov getmədən qabaq yenidən Ali Məhkəməyə müraciət edərək Apelyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edib.

Ali Məhkəmə absurdluğa imza atdı. Ötən il Apelyasiya Məhkəməsinon məni haqsız çıxaran qərarını ləğv edib geri qaytarır. Yenidən keçirilən Apelyasiya Məhləməsi bu dəfə işi dərindən araşdıraraq (əvvəlkisi 5 dəqiqəyə qərar vermişdi dinləmədən) 19 bənd üzrə mənı haqlı bilir. Amma Ali Məhkəmə bu qərarı da səhv hesab edib işi yenidən Apelyasiya Məhkəməsinə göndərir. Sual olunur: bəs hansı qərarı gözləyirsiz, cənab hakim Aqil Abbasov? Üçüncü nə ola bilər?

AZƏRTAC mənə o təzminatı verməsin deyə Ali Məhkəməyə təzyiq edərək məni yenidən uduzdurdular. Dövlətin milyonlarını yeyən Aslan Aslanov getdi, amma dəyişən heç nə olmadı. Haqsızlıq davam edir.

Qarşı tərəfin vəkili, guya, əməkçi hüquqlarının müdafiəçisi Mayis Eliyev də ailəm, qadınlıq şərəfimdən başlayaraq əlində olmayan dəlillərə görə bu dövrdə hər məhkəmədə ancaq şərəfimi ləkələməklə məşğul olub. Üstəgəl Aslan Aslanovun bütün kirli maxinasiyalarında hüquqi xidmət göstərib və bunu öz dili ilə boynuna alıb...

Mənim artıq yaşamağa səbəbim yoxdur. Ana olmaq kifayət deyil, uşaqlarına baxa biləcək ana olmaq lazımdır. Üstəgəl, mənim inamım itib. Yoxdur daha. İnamsız yaşamaq olmur.

Mənə bilirsiz nə dedilər? Sən dövlətlə dalaşıb udacaqdın ki? Yox, mən dövlətlə dalaşmırdım. Mən dövlətin mənim haqqımı bərpa etməsi üçün ali hüquq vasitəsilə haqqımı axtarırdım. Tapdım da. Amma dedilər ki, elə deyil. Aslanovun başladığı bu haqsızlığı davam edəcəyik, çünki o, dövlət adından dalaşıb.

Mən bu haqsız maddəyə görə iş tapa bilmirəm. Çünki yenə dövlət bu yazılmamış qaydanı qoyub. Bilməyəcəm də.
Yaşamıma son vermək qərarı aldım.

Bunun günahkarı AZƏRTAC-ın rəhbərliyi, onların sözü ilə haqsız qərar verən Ali Məhkəmə sədri və hakimlərdir.
Haqqınızı halal edin.


Elnur
BakuPost
Şərhlər
  • Xəyal Muradov Memar

    Savadlı genc kadrlari jurnalistleri faişəliy teleb edirler camaat oxuyub tehsil almirki axirda hansisa boynuyoğunun meşuqəsi olsun

  • Xəyal Muradov Memar

    Adamı o qeder bezdirirler yaziq neynesin gül kimi namusu ilə çalışanlari hemişə sixişdirib oz qulu etmeye zinakar etmeye mecbur edirler cunki peyser rehberler oz bacisina tamah salanlar baskasinin namusuna tamah salacaq qeder namussuz ve abirsizdilar

  • Mustafa

    İntihar edən adam əbədi cəhənnəmə gedir. Belə etmə

  • Ələsgər

    Məhkəmə? Ədalət? Get adam tap yada cibin dolu olsun özünü yorma

  • Ədalət

    Məhkəmələrdə ədalət yoxdu olmayacaq!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər