Ru
22:32 / 04 May 2026

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO

AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? -  VİDEO
Eye

Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.

Bakupost.az xəbər verir ki, AzTV komandası sözün əsl mənasında dağın ən yüksək hissəsinə gedib.

Amma bu dağ artıq dağ olmaqdan çıxıb. Çünki hər addımda bir fərdi yaşayış evi var. Bu mənzərə onu göstərir ki, evlərin sayı günü-gündən artmaqda davam edir.

Ərazidə xeyli sayda boş torpaq sahələri mövcuddur və bu sahələr artıq hasara alınıb, satışa çıxarılıb. Maraqlısı isə budur ki, bu torpaqları kim və necə satır?

Ərazidə yüzlərlə belə ev var. Tikilən hər 10 evdən yalnız birində çıxarış tapmaq mümkündür, digərləri isə sənədsizdir. Sakinlərin sözlərinə görə, əksər hallarda yalnız bələdiyyə sənədi təqdim olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar