Ru
13:23 / 29 Sentyabr 2025

"Bacarıqsız idarəetmə, qeyri-şəffaf xərcləmə..." - İqtisadçı nazirliyi sərt tənqid etdi

"Bacarıqsız idarəetmə, qeyri-şəffaf xərcləmə..." - İqtisadçı nazirliyi sərt tənqid etdi
Eye

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20% artırıb.

Əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi nazirlik qiymətləri artırıb – maraqlıdır, nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır. Ümumiyyətlə, Konstitusiyaya zidd Tarif Şurası ləğv edilməlidir”.

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.

“Nazirliyin açıqlaması insanı əsəbləşdirir, sitat: “İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib.

İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiymət artırılsa da, bu keyfiyyəti yüksəltməyib. Qiymət artımı bacarıqsız idarəetməni, qeyri-şəffaf xərcləmələri vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş XƏRCLƏRİ azaltmaqdır, bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri ARTIRMAQ olur. Daha bir maraqlı məqam budur ki, nəğd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nəğd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir", - Natiq Cəfərli vurğulayıb.

O qeyd edib ki, son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər veriblər:

"Ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artıqca da qiymət enməlidir. Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yo, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar