Ru
12:22 / 28 Oktyabr 2025

Bakı bazarlarında balıq da bahalaşdı

Bakı bazarlarında balıq da bahalaşdı
Eye

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib.

Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan "Forel” balığı indi 12-13 manata təklif olunur.

"Çəki” ("Sazan”), "Kütüm”, "Xəşəm”, "Kefal”, Ağ amur” ("Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib.

Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar