ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfəri çərçivəsində Yokosukadakı Dəniz Qüvvələri bazasında ölkəsinin hərbçiləri ilə görüşüb.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “USS George Washington” esminesində keçirilən görüşün sonunda ABŞ lideri “Village People” qrupunun YMCA kompozisiyasının sədaları altında hərbçilərin qarşısında rəqs edib.
Hərbçilər onu kameralara çəkib və rəqsə qoşulublar.
Qeyd edək ki, D.Tramp tez-tez tədbirlərdə rəqsləri ilə gündəmə gəlir. Onun sonuncu dəfə Kuala-Lumpur aeroportunda rəsmi qarşılanma mərasimində rəqs etdiyi görüntülər viral olmuşdu.
Bizi Facebookda izləyin