Ru
13:29 / 28 Oktyabr 2025

“Sülhün uzunmüddətli olacağına ümid edirəm” - Lukaşenko

“Sülhün uzunmüddətli olacağına ümid edirəm” - Lukaşenko
Eye

“Azərbaycan və Ermənistan arasında, eləcə də Qəzza zolağında sülhün uzunmüddətli olacağına ümid edirəm”.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

“Son vaxtlar bir neçə köhnə münaqişənin həllinə nail olmaq mümkün olub. Çox ümid edirəm ki, bunlar uzunmüddətli olacaq. Azərbaycan və Ermənistan sülh sazişi imzaladılar. Qəzzada iki illik müharibə dayandı. Bu, yalnız başlanğıcdır. Amma ümid edirik ki, yaxşı başlanğıcdır”, - Belarus lideri deyib.

Onun sözlərinə görə, digər münaqişə ocaqlarında ümid işartısı görünmür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar