Ru
14:02 / 01 Avqust 2025

Bakı-Ələt yolunda dəhşətli qəza: oğul əməliyyat olundu, atası isə...

Bakı-Ələt yolunda dəhşətli qəza: oğul əməliyyat olundu, atası isə...
Eye

Bu gün Bakı-Ələt yolunda ağır yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Laçın rayon sakinləri 1963-cü il təvəllüdlü Qələndərov Orduxan Zülfüqar oğlu, 2002-ci il təvəllüdlü Zülfüqarlı Ağaxan Orduxan oğlu və 1981-ci il təvəllüdlü Orucov Zaman Kamal oğlu ağır xəsarət alıblar.

Əldə etdiyimiz məlumata görə, qarın nayihəsinə kəskin maye yığılan Zülfüqarlı Ağaxan əməliyyat olunub. Onun atası Orduxan Qələndərovun isə boğazının deşildiyi bildirilir, vəziyyəti ağırdır.

Qəza zamanı xəsarət alan Zaman Orucovun isə vəziyyətinin stabil olduğu bildirilir.

Elnur, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar