Ru
15:19 / 19 Fevral 2026

Bakı metrosunda tüstülənmə oldu

Bakı metrosunda tüstülənmə oldu
Eye

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən məlumat verilib

“Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb. Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.

Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar