Azərbaycan Rusiyadan 2024-cü ilin dekabrında Qroznı üzərində vurulmuş AZAL təyyarəsi ilə bağlı suallarına cavablar alıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Xarici Siyasət Məsələləri Şöbəsinin rəhbəri Hikmət Hacıyev “EU Today”ə və Brüsseldəki azsaylı jurnalist qrupuna eksklüziv müsahibəsində bildirib.
Bakupost.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, insident baş verdikdən sonra müəyyən anlaşılmazlıqlar və emosiyalar yaşanıb, lakin Bakının narahatlıqları sonrakı görüşdə — Azərbaycan və Rusiya liderlərinin Daşkənd görüşündə — müzakirə olunub.
“Azərbaycan Rusiyadan rəsmi üzrxahlıq, tam araşdırma, məsul şəxslərin cəzalandırılması və vurulmuş AZAL təyyarəsi ilə bağlı kompensasiya gözləyirdi. İndi bu anlaşılmazlığı arxada qoymuşuq və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, — deyə Hacıyev əlavə edib.