Ru
10:57 / 25 Aprel 2019

Bakı Mühəndislik Universitetində Fərid Hüseynlə görüş - FOTO

Bakı Mühəndislik Universitetində Fərid Hüseynlə görüş  - FOTO
Eye

Gənc şair Fərid Hüseyn ilə Bakı Mühəndislik Universitetində görüş keçirilib. Görüş Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Pedaqoji fakültəsinin 3-cü kurs tələbələri (Müstəqillik illəri Azərbaycan ədəbiyyatı fənni) iştirak ediblər.

 

 Görüşdə kafedranın müdiri, dosent Emin Ağayev, filologiya üzrə fəlsəfə doktoru Rəhman Quliyev, kafedranın Azərbaycan dili və ədəbiyyatı müəllimi Yeqzar Cəfərli və baş müəllim Ülvi Babasoy iştirak ediblər.

 

 Tədbiri adı çəkilən kafedranın baş müəllimi Ülvi Babasoy açaraq F.Hüseynin yaradıcılığı haqqında dərin məzmunlu çıxış edib, əhatəli məlumat verib. Sonra müəllif tələbələr üçün "Şairlər və fotoqraflar” adlı poeziya haqqında məruzə oxuyub. 

 

 Daha sonra tələbələr F.Hüseynin şeirlərini səsləndirib və müəllifin kitabları haqqında suallar veriblər. Yaradıcı, istedadlı tələbələrdən ikisi isə F.Hüseynin şeirləri haqqında yazdıqları məqalələri oxuyublar. 

 

 Sonda E.Ağayev, R.Quliyev, Y.Cəfərli çıxış edərək F.Hüseyn barədə fikirlərini bölüşüblər. Olduqca hazırlıqlı, ədəbi bilgilərlə zəngin auditoriyanın iştirakı ilə keçirilən tədbir dinamik, fikir mübadilələri ilə zəngin və səmimi şəkildə baş tutub. Sonda müəllif tələbələr üçün kitablarını imzalayıb və xatirə şəkli çəkilib.



Bakı Mühəndislik Universitetində Fərid Hüseynlə görüş  - FOTO
Bakı Mühəndislik Universitetində Fərid Hüseynlə görüş  - FOTO
Bakı Mühəndislik Universitetində Fərid Hüseynlə görüş  - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar