Ru
11:39 / 29 Noyabr 2021

Bakıda 15 yaşlı idmançı öldü - FOTO

4280
Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə Rəhman Yekəyev dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qan azlığı xəstəliyindən əziyyət 15 yaşlı R.Yekəyev yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Rəhman Yekəyev karateçi olub. O, 2017-ci ildə keçirilən beynəlxalq şotokan karate-do üzrə filialın II açıq çempionatında kumite üzrə qızıl medal qazanıb.

Qeyd edək ki, Rəhman Yekəyev Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbin şagirdi olub. O, orta məktəbdə 9-cu sinifə qədər təhsil alıb.
Bakıda 15 yaşlı idmançı öldü - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər