Ru
09:30 / 31 Oktyabr 2025

Bakıda 2 qadını maşın vurub öldürdü

Bakıda 2 qadını maşın vurub öldürdü
Eye

Dünən Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.

Bakupost.az xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi “Renault” markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar