Xəbər verdiyimiz kimi, dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. Bu barədə müvafiq əmr imzalanıb.
Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.
Nigar Mehdiyeva ilə bağlı qərarı 
Bakupost.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu onun fəaliyyəti ilə bağlı heç bir məlumata malik olmadığın deyib:
"Onkologiya üzrə Əhliman Əmiraslanov, Nəsiman bəy kimi məşhur professorlarımız var ki, onlar hətta Azərbaycandan kənarda da tanınırlar. Nigar Mehdiyeva o qədər də məşhur həkim olmayıb ki, onun işdən çıxarılması ajiotaj yaratsın. Bu hadisənin səs-küyünə səbəb həmin həkimin Ramiz Mehdiyevin gəlini olmasıdır. Bəzi adamların şöhrəti onların özünün şəxsi nailiyyəti ilə bağlı deyil. Bu onların mənsub olduğu klan, ailə, onları himayə edən şəxslərlə əlaqəlidir. Yoxsa həmin şəxsin Azərbaycan elminə bəxş etdiyi və cəmiyyət üçün maraqlı olan xüsusi nailiyyətləri yoxdur ki, biz bunu dəyərləndirək”.
Cavid, BakuPost