Ru
12:58 / 31 Oktyabr 2025

Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü

Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü
Eye

Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.

Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar