Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.
Bakupost.az  xəbər verir ki, bu barədə “APA”ya Xalq artistinin oğlu məlumat verib.
 
O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
 
"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o deyib.
Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib:
"Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".