Ru
16:45 / 31 Oktyabr 2025

“Bıçaq təsadüfən dəydi” - Rusiyada Abbasovların məhkəməsi davam edir

“Bıçaq təsadüfən dəydi” - Rusiyada Abbasovların məhkəməsi davam edir
Eye

Moskvada azərbaycanlı miqrant Şahin Abbasovun işi üzrə məhkəmə prosesi yekunlaşır.

Bakupost.az gazeta.ru-ya istinadən xəbər verir ki, o, 24 yaşlı rusiyalı bayker Kirill Kovalyovu öldürməkdə ittiham olunur.

Hadisə ötən ilin aprelin 17-də baş verib.

İstintaqın məlumatına görə, Kovalyev “Toyota Camry” markalı avtomobilini piyada yoluna park edən gəncə irad bildirib və mübahisə yaranıb. Bundan sonra Şahin qardaşı Şöhrəti köməyə çağırıb. Onun gəlməsindən sonra Şahin mübahisəni davaya çevirib və Kovalyovu bıçaqlayıb. Şöhrət də döyülən gəncə zərbələr endirib. Bayker qan itkisindən ölüb.

Hadisədən sonra qardaşlar qohumları ilə əlaqə saxlayıb və şəhərdən qaçıblar. Onlara 21 yaşlı İsaxan Abbasov yardım edib. O, maşını idarə edib və yol polisi onları saxlayanda inspektora rüşvət verərək buraxılmağa nail olub. Bu hadisəyə görə polis əməkdaşı artıq 3,5 il həbs cəzası alıb. Abbasovlar isə iki gün sonra Rostov vilayətində tutulublar.


Məhkəmə zalında


Məhkəmədə altı nəfər – Şahin və Şöhrət Abbasovlar, onlara qaçmaqda kömək edən İsaxan, həmçinin ailə üzvləri Bəxtiyar və Nizami Abbasov, eləcə də dostları Nahid Hüseynov mühakimə olunur. İttiham tərəfi bildirir ki, qohumlar hadisədən sonra cinayəti gizlətməyə cəhd göstəriblər.

Şahin əvvəlcə günahını inkar etsə də, daha sonra qismən etiraf edib və ailədən üzr istəyib. Onun sözlərinə görə, o gün əsəbi olub, amma Kovalyovu öldürmək niyyəti olmayıb:

“Mən qorxdum, o məndən xeyli cüssəli idi. Sadəcə, qorxutmaq istədim. Hər şey bir an içində oldu”.

Şahin həmçinin bildirib ki, bıçaq həmişə cibində olub, çünki işlədiyi yerdə qutuları açmaq üçün istifadə edirmiş:

“Mən bu bıçağı üstümdə gəzdiridim, amma heç vaxt kiməsə qarşı istifadə etməmişdim. O an panikaya düşdüm”.

Prokuror isə bu versiyanı rədd edir: “Əgər qorxutmaq istəsəydi, bıçağı tutacağa qədər soxmazdı, belə bir zərbə təsadüfi ola bilməz. Bu, məqsədli hərəkətdir”.


Ziddiyyətli çıxışlar


Bəxtiyar Abbasov məhkəmədə emosional çıxış edərək, ailənin haqsız yerə ittiham olunduğunu və “millətçilik kampaniyasına” tuş gəldiklərini deyib. O, həmçinin Kovalyevin ailəsinin 100 milyon rubl (2,11 milyon manat) təzminat tələbinə etiraz edib. Baykerin anası isə pulu qəbul etməkdən imtina edib: “Oğlumu geri qaytara bilməzlər, mənə pul lazım deyil.”

Prokuror Şahinə 17, Şöhrətə 14, digər qohumlara isə 9-16 il arası həbs cəzası tələb edib.

Müdafiə tərəfi ittihamları əsassız sayıb və əlavə şahidlərin dindirilməsini istəyib.

Yekun hökm yaxın günlərdə elan olunacaq.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar