Bu ilin yanvar ayında Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında  36-sı uşaq olmaqla 78 nəfər həyatını itirmişdi.
Bakupost.az Unikal.az istinadən xəbər verir ki, onlarla insanın həyatına son qoyan “Grand Kartal Hotel”də baş verən yanğınla bağlı məhkəmənin hökmləri açıqlanıb.
 
Məlumata görə, hotel sahibi Halit Ergül, həyat yoldaşı Emine Ergül və qızları da daxil olmaqla 8 nəfərə ömürlük həbs cəzası verilib.