Ru
19:51 / 31 Oktyabr 2025

Mirzoyanın arvadı Azərbaycanla danışıqlara qatılır

Mirzoyanın arvadı Azərbaycanla danışıqlara qatılır
Eye

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə yaradılan komissiyanın üzvləri sırasına daxil edilib.

Bakupost.az Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Ermənistan KİV yayıb. Bildirilir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.


Qərara əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı komissiyanın tərkibi yenilənib. Baş nazirin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi komissiyada xarici işlər nazirinin müavini Vaan Kostanyan, xarici işlər nazirinin həyat yoldaşı Qoar Abacyan və digər dövlət rəsmiləri yer alıblar.

Qeyd edək ki, Qoar Abacyan yaxın günlərdə İnvestisiyaların Təşviqi Mərkəzi Fondunun direktoru təyin olunub. Komissiyanın yeni tərkibində həmçinin Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi, Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da yer alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar