İsmayıllı rayonunda "İsmayıllı" sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.
Bakupost.az xəbər verir ki, rayon İcra Hakimiyyətindən Report-a bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.
 
Qeyd edilib ki, Muğallı-İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:
"İcra Hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb".