Ru
10:20 / 18 Fevral 2026

Bakıda "ayıq sürücü" “Rənc Rover”dən 11 min manat oğurladı

Bakıda "ayıq sürücü" “Rənc Rover”dən 11 min manat oğurladı
Eye

Paytaxtın Xətai rayonunda “Rənc Rover” markalı avtomobildən 11000 manat oğurlanıb.

Bakupost.az DİN-ə istinadən xəbər verir ki, vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisə vaxtı avtomobilin sahibinə “ayıq sürücü” xidməti göstərdiyini bildirirək nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib. R.Quliyev avtomobili qarajda saxladıqdan sonra isə zərərçəkənin ani diqqətsizliyindən istifadə edərək saxlanc yerində olan pul vəsaitini talayıb.

Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə bank kartından 723 manat oğurlamaqda şübhəli bilinən 35 yaşlı S.Ramazanov və əvvəllər məhkum olunmuş 25 yaşlı X.Mehdiyev də müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar