Ru
17:42 / 12 May 2026

Bakıda bu şagirdlər 14 gün məktəbə getməyəcəklər

Bakıda bu şagirdlər 14 gün məktəbə getməyəcəklər
Eye

Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq.

Bakupost.az Yeni Sabah-a istinadla xəbər verir ki, adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən edilib.

Bundan başqa, 7 rayonun məktəblərinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək. pizza sifarişi

Adıçəkilən rayonları əhatə edən məktəblərdə mayın 15-i sonuncu dərs günü olacaq və tətildən sonra ilk dərs mayın 25-də başlayacaq.

Bununla yanaşı mayın 27-dən 31-nə kimi Qurban bayramı ilə əlaqədar olaraq daha 5 günlük tətil elan olunacaq.

Beləliklə, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının ümumitəhsil müəsisələrində oxuyan şagirdlər may ayında 14 gün məktəbə getməyəcəklər.

Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərinində təhsil alanlar da mayın 18-dən 22-dək evdə olacaqlar. V-XI siniflərində dərslər isə adı qaydada, yəni şagirdlər məktəbə getmək formasında keçiriləcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Bakı məktəblərində yaz tətilinin vaxtı dəyişdirilib. 1-5 may tarixləri, 18-22 may tarixləri ilə əvəzlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar