Yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə FHN-nin mətbuat xidmətinin 18:30-da yaydığı məlumatda bildirilir:
"Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.".
***
18:23
Bakupost.az-ın əldə etdiyi məlumata görə Cəfərova Ruhəngiz adlı qadın tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, durumu ağırdır.
***
17:55
Bakıda yaşayış binası yanır.
BakuPost xəbər verir ki, yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8 a nömrəli binanın 9- cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də sıçrayıb. Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.








BAKUPOST