Ru
21:13 / 13 Noyabr 2025

Bakıda ilk: Həmrəylik forumu keçiriləcək

Bakıda ilk: Həmrəylik forumu keçiriləcək
Eye

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü", "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri təşkil olunacaq.

Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.

Tədbir çərçivəsində "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" da təşkil olunacaq.

Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.

Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar