Ermənistan parlamentinin bügünkü iclasında maraqlı və mübahisəli təklif səsləndirilib.
Bakupost.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasından kənarlaşdırılmış deputat Ovik Ağazaryan bildirib ki, əgər Kərki kəndinin Ermənistanda, Başkəndin isə Azərbaycanda qalması təmin olunmursa, onda Ermənistan Başkənddən etiraz əlaməti olaraq özü imtina etməlidir.
Ağazaryan iddia edib ki, Azərbaycan və Türkiyə “real sülh yolu ilə getmir” və bunun qarşılığında belə addım Ermənistana “20–30 illik zaman qazanma” imkanı verə bilər. Onun fikrincə, həmin müddət hakimiyyətin dəyişməsini və “sabit sülhün qurulmasını” təmin edər.
Erməni deputatın çıxışı zamanı zalda olan baş nazir Nikol Paşinyan narazılıqla başını yelləyib.
Hakim partiyanın deputatı Arman Eqoyan isə bildirib ki, Ağazaryan əvvəllər tam əks fikirlər səsləndirib və bugünkü mövqeyi ilə ziddiyyət təşkil edir.