Ru
23:08 / 13 Noyabr 2025

Təyyarə qəzasında ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verildi

Təyyarə qəzasında ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verildi
Eye

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarədə şəhid olan Türkiyənin 20 hərbçisinin nəşləri bu gün Ankaranın Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, Tbilisidən Ankaraya gətirilən şəhidlərin cənazələri ilkin tibbi ekspertiza və şəxsiyyətin dəqiqləşdirilməsi məqsədilə tibb mərkəzinə təhvil verilib.


Müvafiq prosedurlar tamamlandıqdan sonra sabah şəhidlərlə vida və dəfn mərasimi keçiriləcək.

***

21:45

Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşini gətirən təyyarə Ankara eniş edib.


Bakupost.az xəbər verir ki, şəhidlər noyabrın 14-ü rəsmi mərasimlə dəfn ediləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar