Meşə Təsərrüfatı Baş İdarəsinə (OGM) məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib.
O, təyyarənin qəza etməsi nəticəsində pilotun vəfat etdiyini bildirib:
"Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”.
Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.
Asena,
BakuPost