Ru
09:00 / 20 Fevral 2026

Bakıda kilosu 222 manata satılan KONFET müzakirə yaratdı - VİDEO

Bakıda kilosu 222 manata satılan KONFET müzakirə yaratdı -  VİDEO
Eye

Bakıda kiloqramı 222 manata satılan konfet müzakirələrə səbəb olub.

Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə qida blogeri Ülviyyə Əsədli paylaşım edib. O, paytaxtdakı marketlərdən birində satılan bahalı konfetdən bir ədəd alıb.

“Niyə 222 manat? Xəstəyəm, bilmirəm konfeti indi yeyim, yoxsa sağalandan sonra. Birdən o 222 manatı hiss eləməsəm, necə olacaq?”, - deyə o söyləyib.

Onun paylaşımı sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Əksər istifadəçilər blogerə “şokoladın dadı necədir?” sualını ünvanlayıb.

Videoya “Vaxtında ye, salıb itirərsən”, “sağalandan sonra ye”, “yəqin tərkibində qızıl var”, “o konfet itsə, adam yanıb tökülər” kimi şəhlər yazılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar