Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranların birində toplantı keçirən kriminal aləmin nümayəndələrinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Gecə saatlarında əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.