Ru
15:10 / 29 Sentyabr 2018

Bakıda mitinq keçirildi - YENİLƏNİB

Bakıda mitinq keçirildi -  YENİLƏNİB
Eye

Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi "Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.



BakuPost xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb.



Məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.



Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.



***

Bu dəqiqələrdə Qarabağ Komitəsi Bakıda Məhsul stadionunda mitinq keçirir.



BakuPost xəbər verir ki, mitinqə çox sayda insan yığılıb. 



Məlumat üçün bildirək ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. BŞİH onların müraciətinə müsbət cavab verib. 





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar