Ru
16:09 / 14 Aprel 2026

Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı

Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Eye

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama keçirilib.

Bu barədə Bakupost.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd edilib ki, xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə təqdimat təqdim edilib.

Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar