Ru
18:26 / 14 Aprel 2026

Melonidən Rusiya ilə bağlı xəbərdarlıq

Melonidən Rusiya ilə bağlı xəbərdarlıq
Eye

İrandakı müharibənin enerji qiymətlərinin artmasına və tədarüklərin azalmasına səbəb olmasına baxmayaraq, Rusiya qazından istifadə məsələsini müzakirə etmək üçün hələ tezdir.

Bakupost.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

“Ümid edirəm ki, bu məsələ aktuallaşmazdan əvvəl - 2027-ci ilin yanvarına qədər Ukraynada sülhün bərqərar olması istiqamətində irəliləyiş əldə edə biləcəyik. Unutmamalıyıq ki, Rusiyaya tətbiq etdiyimiz iqtisadi təzyiq əslində sülhün əldə olunması üçün ən güclü silahımızdır”, - Meloni bildirib.

İtaliya Baş naziri həmçinin “Eni SpA” neft şirkətinin baş direktoru Klaudio Deskaltsinin Rusiya qazının idxalına qadağanın dayandırılması barədə çağırışına cavab verib: “Bu məsələdə çox diqqətli olmalıyıq, necə hərəkət etdiyimizə baxmaq lazımdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar