Ru
19:12 / 14 Aprel 2026

Xameneidən üçüncü məcburi müharibə məsələsinə - REAKSİYA

Xameneidən üçüncü məcburi müharibə məsələsinə -  REAKSİYA
Eye

İran İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei "üçüncü məcburi müharibə" adlandırılan məsələyə dair bir sıra prinsipial mövqelərini açıqlayıb.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, o bu barədə özünün Teleqram kanalında məlumat paylaşıb.

Ali lider bildirib ki, İran dövlətinə hücum edən cinayətkar təcavüzkarların hərəkətlərinə mütləq şəkildə cavab veriləcək.

Onun sözlərinə görə, eyni zamanda, Tehran münaqişə dövründə dəyən bütün zərərə, eləcə də yaralananlara və şəhidlərin qanına görə təzminat almaq niyyətindədir. Bununla yanaşı, Ayətullah İranın Hörmüz boğazının idarəolunmasını tamamilə yeni mərhələyə daşımaq niyyətini xüsusi olaraq vurğulayıb.

O, əlavə olaraq qeyd edib ki, İran heç bir şəraitdə öz qanuni hüquqlarından geri çəkilməyəcək.

Xamenei, həmçinin rəsmi Tehranın müqavimət cəbhəsini vahid bir qüvvə kimi qəbul etdiyini bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar