Bakıda restoranlardan birində təqdim olunan məzəli menyu sosial şəbəkələrdə maraq doğurub.
“Bakupost” xəbər verir ki, vətəndaşlardan biri qəbzdə yer alan yemək adını paylaşaraq təəccübünü gizlədə bilməyib.
Belə ki, qəbzdə kabab növlərindən biri “Xoruz dəyməyən toyuq kababı” kimi qeyd olunub.
“Bu toyuğa xoruz dəysəydi, qiymət necə olacaqdı? Heç nə başa düşmədim”, - deyə o bildirib.
Yasəmən,
BakuPost