Ru
21:46 / 18 İyul 2025

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
Eye

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.

Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.

Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyib, görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.

Məsələ Ombudsmanın diqqətində saxlanılır.

Qeyd edək ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar