Bakıda toy döyüş meydanına çevrildi - KÜTLƏVİ DAVA - VİDEO

  • 10 Avq 2019 01:08
  • 3125 Baxış
Bakıda toy döyüş meydanına çevrildi - KÜTLƏVİ DAVA -  VİDEO
Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.





BakuPost xəbər verir ki, criminal.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Kristal'' şadlıq sarayında baş verib.

Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.
Davanın hansı səbəbdən baş verməsi məlum deyil.