Ru
14:15 / 03 Noyabr 2022

Bakıdakı "Həştərxan İş Mərkəzi"ndə “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirildi - FOTO

Bakıdakı "Həştərxan İş Mərkəzi"ndə “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi keçirildi -  FOTO
Eye

Bu gün Bakıdakı "Həştərxan İş Mərkəzi"nin açıq meydançasında “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi baş tutub.


Bakupost.az -ın məlumatına görə, "Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.





Sərgidə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycanın kənd  təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın Sənaye Nazirliyinin Kənd Təsərrüfatı və Maşınqayırma üzrə Yol-tikinti Departementinin direktoru Mariya Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və digər rəsmi qonaqlar iştirak ediblər. 


Tədbirin açılış mərasimi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.


Çıxış edənlər sərginin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə, dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin işinə uğurlar arzu ediblər.



Tədbir "Həştərxan İş Mərkəzi"nin konfrans zalında dəyirmi masa ilə davam edib.



Günel
BakuPost


Həmçinin oxuyun:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar