Ru
12:43 / 29 May 2018

Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri - FOTOREPORTAJ

Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Eye

Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı son bir neçə ildə dünyanın turizm qütblərindən birinə çevrilib. Şəhərdə çox sayda turistik məkan var. Bakı "Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etdikdən sonra, özünə xüsusi diqqət cəlb edib.



Bakının mütləq baş çəkməli olduğunuz ən maraqlı turistik yerlərini təqdim edirik.



Şirvanşahlar sarayı





15-ci əsrə aid Şirvanşahlar sarayı Bakının ən qədim atributlarından biri sayılır. O, 2000-ci ildə UNESCO-da qeydiyyata alınıb və dünya memarlığının şah əsərlərindən biri kimi tanınır. İçərişəhər adlanan ərazidə yerləşən sarayın yolu çox asandır.



1501-ci ildə Bakının Səfəvi sülaləsi tərəfindən fəthindən sonra saray xarabalığa çevrilibmiş. O, sonradan bərpa olunub və bu gün Bakıya axan turistlər üçün ən məşhur yerlərdən birinə çevrilib.



Sarayın demək olar ki, hər yerində İslam əlamətlərinə rast gəlinir.



Qız qalası



Şübhəsiz ki, Bakının ən gözəl turistik məkanlarından biri Qız qalasıdır. Bu qala şəhərə xüsusi gözəllik və möhtəşəmlik verir. 29 metr hündürlüyündə olan qala 12-ci əsrin memarlıq üslubu ilə inşa edilib. Onun divarlarında qədim rəsmlər həkk olunub. Qala haqqında müxtəlif hekayələr var. Rəvayətlərdən birinə əsasən, bu böyük qala padşahın qızı üçün inşa olunub və qız günahlardan qaçmaq üçün özünü oradan atıb.



Alov qüllələri




Alov qüllələri Xəzər dənizinin sahilinə yaxın, Bakıya "baxan” təpənin üzərində yerləşir. 3 qüllədən ibarət olan bu kompleks mehmanxana və biznes mərkəzi kimi funksiyalara malikdir. LED işıqlarla işıqlandırılmış qüllələr şəhərin ən uzaq nöqtəsindən belə, görünür.



Alov qüllələri super-mühəndislik strukturu kimi təqdim olunur. "Eurovision” mahnı müsabiqəsinin təqdimat mərasimi də burada keçirilib.



Bakı bulvarı



Xəzər dənizinin sahilində yerləşən, şəhərin əyləncə məkanlarından sayılan Bakı bulvarı xüsusən gecə unikal gözəlliyə malik olur. Bulvar boyunca çoxsaylı restoran, kafe və biznes mərkəzi yerləşir. Bura sözün əsl mənasında Bakının gəzməli yerlərindən biridir. Əgər Bakının istisindən və rütubətindən yorulsanız, təmiz havaya ehtiyac duysanız, ən ideal məkan məhz buradır.



Tarix Muzeyi



Azərbaycana üz tutan turistləri cəlb edən görməli yerlərdən biri də Tarix Muzeyidir. Burada Azərbaycanın əsas tarixinin bir hissəsi nümayiş olunur. Muzey 3 hissədən ibarətdir. 1-ci hissədə orta əsrlərə aid əşyalarla birlikdə, insan sümükləri və qəbirləri saxlanılır. 2-ci hissədə ölkənin məşhur insanlarına məxsus şəxsi əşyalar, 3-cü hissədə isə Nağıyev ailəsinə aid əşyalar nümayiş etdirilir.



Heydər Əliyev Mərkəzi



Heydər Əliyev Mərkəzi məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunub. 2014-cü ildə o, ən yaxşı memarlıq əsəri mükafatına layiq görülüb.



Mərkəzdə incəsənət qalereyası, konsert zalı, kitabxana və restoran fəaliyyət göstərir. Burada yerdən tavanadək əsl xəttatlıq sənətinin şahidi olursan.



Atəşgah



Bakı şəhərindən 30 kilometr məsafədə yerləşən Atəşgah məbədi dünyada alovun mənşəyi kimi tanınır. Onun tarixi XVIII əsrə aiddir. Bura o zamanlar zərdüştlər, hindular tərəfindən istifadə olunurmuş.



Bəzi ekspertlərin fikrincə, bu məkan ərəblərin İrana hücumundan sonra dağıdılıb və sonradan bərpa edilib.



Atəşgah məbədi 1988-ci ildə UNESCO tərəfindən qeydə alınıb. Hər il dünyanın müxtəlif yerlərindən minlərlə turist buranı ziyarət edir. (worldmedia.az)

Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Bakının mütləq baş çəkməli olduğunuz ən məşhur yerləri -  FOTOREPORTAJ
Şərhlər
  • Elçin agayev

    elcin2014

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar