Ru
13:29 / 01 Aprel 2026

Bu ölkələrə giriş qadağandır - ADLAR

Bu ölkələrə giriş qadağandır -  ADLAR
Eye

Dünya üzrə artan müharibə və siyasi gərginliklər turizm xəritəsini dəyişib. 2026-cı ilin əvvəlindən etibarən bir sıra ölkələr təhlükəsizlik səbəbilə turist qəbulunu dayandırıb və ya faktiki olaraq giriş məhdudiyyəti qoyulub.



Bakupost.az Sfera.az-a istinadən xəbər verir ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda İran, İsrail, Livan, İraq, Suriya və Yəmən kimi ölkələrdə vəziyyət turistlər üçün kritik həddə çatıb. Bir çox hallarda hava məkanı bağlanıb, beynəlxalq uçuşlar dayandırılıb və xarici vətəndaşların təxliyəsi həyata keçirilir. Bununla yanaşı Şərqi Avropada davam edən müharibə səbəbilə Ukrayna praktiki olaraq turistlər üçün bağlıdır.



Eyni zamanda Rusiya və Belarus üzərində tətbiq olunan sanksiyalar və təhlükəsizlik riskləri səfərləri ciddi şəkildə məhdudlaşdırıb. Digər tərəfdən, Əfqanıstan da təhlükəsizlik səbəbilə ən riskli istiqamətlərdən biri olaraq qalır. Həmçinin Afrika və Latın Amerikasında bəzi ölkələrdə isə vəziyyət daha da mürəkkəbdir. Haiti, Sudan,



Cənubi Sudan, Mali, Niger və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə silahlı toqquşmalar və idarəetmə böhranı səbəbilə turizm faktiki olaraq mümkün deyil. Eyni vəziyyət iqtisadi və siyasi böhran içində olan Venesuela üçün də keçərlidir.



Bəzi ölkələr isə formal olaraq açıq görünsə də, turistlər üçün ciddi məhdudiyyətlər tətbiq edir. Şimali Koreya, Eritreya və Türkmənistan kimi dövlətlərdə sərbəst səyahət mümkün deyil və giriş yalnız xüsusi icazələrlə həyata keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar