Ru
13:56 / 01 Aprel 2026

İraqda "Castrol" şirkətinin neft anbarlarında güclü yanğın baş verdi - VİDEO

İraqda "Castrol" şirkətinin neft anbarlarında güclü yanğın baş verdi  - VİDEO
Eye

İraqın Ərbil-Mosul magistral yolu yaxınlığında yerləşən "Castrol" şirkətinə məxsus neft anbarlarında güclü yanğın qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.

Məlumata görə, insident pilotsuz uçuş aparatının (PUA) anbar ərazisinə düşməsi nəticəsində baş verib. Zərbə nəticəsində yaranan yanğın böyük miqdarda neft məhsullarını və logistik materialları məhv edib.

Hazırda mülki müdafiə qrupları alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar