Ru
16:27 / 14 Aprel 2026

Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır - Hərbi fəaliyyətlərlə bağlıdır?

Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır - Hərbi fəaliyyətlərlə bağlıdır?
Eye

Martın 26-28-də və aprelin 4-6-da Bakıya yağan leysanların ardınca dünəndən daha bir aramsız yağış başlayıb. Baharın gəlişindən bəri az qala bir həftəlik tsikllə təkrarlanan yağıntıların səbəbi nədir? Bu, regionda baş verən hərbi fəaliyyətlərlə bağlı ola bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov geosiyasi hadisələrin yağıntılara heç bir təsiri olmadığını bildirib.

“Hazırda sinoptik şəraitə təsir edəcək qədər irimiqyaslı müharibə yoxdur. Bu iddia ilə yalnız kütləvi qırğın silahlarının istifadəsi halında razılaşmaq olardı”, - o bildirib.

Ekoloqun sözlərinə görə, belə ekstremal yağıntılar 50-60 il fasiləylə təkrarlana bilir:

“İqlim – bir ərazi üçün mövcud olan 30 illik temperatur və yağıntı rejimidir. 30 il ərzində çox şey dəyişir. Bir il çox yağıntı olur, o biri il quraqlıq olur. 2-3 il bundan əvvəl heç yağıntı yox idi, quraqlıq idi.

Bu, əlbəttə ki, iqlimin çoxillik gedişində dəyişmələrin olmasının təzahürüdür. Yağıntıların paylanmasında ekstremallıq artıb. Uzun müddət ərzində düşməli olan yağıntı 1-2 günün içində düşür və təəssüf ki, fəsadsız ötüşmür”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar