Ru
10:21 / 16 Aprel 2026

“BakuBus” avtobusunda tüstülənmə oldu - VİDEO

“BakuBus” avtobusunda tüstülənmə oldu  - VİDEO
Eye

Bakının Yasamal rayonu, “Statistika dairəsi”nin yaxınlığında “BakuBus” avtobusunda tüstülənmə olub.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Dayanacaqda qəfil tüstülənən avtobusu sürücü və sərnişinlər tərk ediblər.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-dən bildirilib ki, hadisə avtobusun mühərrikində yaranan nasazlıq səbəbindən baş verib: “BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar