Ru
14:30 / 28 Fevral 2022

Barmaqların keyiməsi insulta işarədir - Həkimlər

Barmaqların keyiməsi insulta işarədir -  Həkimlər
Eye

Əl-ayaq barmaqlarında hissiyatın azalması, uyuşma, keyimə beyin qan dövranı pozulması və insultun ola biləcəyi ehtimalını artırır.


Bakupost.az xəbər verir ki, bu barədə Çin həkimləri məlumat verib.

Onlar müəyyən edib ki, insultun xarakterik simptomlarından biri də barmaqların uclarının rəng dəyişməsi, avazıması və barmaqların hərəkətliliyinin azalması, hissiyatının itməsidir.


Bu zaman insan mütləq nevroloq və beyin həkiminə müraciət etməli,özbaşına tədbirlər görməməlidir.


Eləcə də barmaqlarda yerləşən damarların – istər vena, istər kapilyar şişib qabarması da yüksək təzyiq və beyində təhlükənin xəbərçisi ola bilər.


Mütəxəssislər insanları öz barmaqlarına diqqətli yanaşmağı tövsiyə edir.


Profilaktika məqsədilə təzyiqi aşağı salmaq, müalicə almaq, vitamin və zülalla zəngin qidalar yemək, göyərti və yaşıl tərəvəzləri artırmaq lazımdır.


A.Musayeva
BakuPost

Şərhlər
  • Sebuhi Memmedtagli

    Salam menim culculu barmaqim keyir tez tez en cox hereket etmeyende uzananda sagda olur cox vaxti

  • Peri memmedova

    Salam menim yoldasimda iki gundu el barmaginin birinde keyime gedir sebeb nedi deyir gizdin infarkt olar birden

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar