Ru
14:29 / 06 Dekabr 2019

Baş redaktor azadlığa buraxıldı

Baş redaktor azadlığa buraxıldı
Eye

"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktoru Habil Vəliyev azadlığa buraxılıb.

Nərimanov Rayon Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.


H.Vəliyev saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. O, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
(report)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar