Ru
22:29 / 11 Noyabr 2025

Bayramov Fidana zəng etdi: Azərbaycan buna hazırdır!

Bayramov Fidana zəng etdi: Azərbaycan buna hazırdır!
Eye

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana zəng vurub.

Bu barədə Bakupost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

C.Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləklərini çatdırıb, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbir arzulayıb.

Qəza ilə əlaqədar Azərbaycan tərəfinin Türkiyənin və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu barədə məlumat verilib. Azərbaycanın qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar