Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Bakupost.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Gürcüstanda Türkiyəyə məxsus "C-130" təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda qeyd olunub.