Ru
17:48 / 05 Mart 2026

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı: Naxçıvana hücum...

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı: Naxçıvana hücum...
Eye

5 mart 2026-cı il tarixində Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bakupost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar